• 15 °C
|

ABŞ Serb Respublikasından 30-dan çox şəxs və təşkilata qarşı sanksiyaları ləğv edib

30 Oktyabr 2025
img

ABŞ-ın Bosniya və Herseqovina Serb Respublikasından 30-dan çox şəxs və təşkilata qarşı sanksiyaları ləğv edilib.

APA xəbər verir ki, bu barədə Serb xalqını təmsil edən Bosniya və Herseqovina Prezidentliyinin üzvü Jelka Cviyanoviç məlumat verib.

ABŞ Maliyyə Nazirliyi çərşənbə günü ABŞ-ın Bosniya və Herseqovina Serb Respublikasında hakim partiya olan Müstəqil Sosial Demokratlar Alyansının lideri Milorad Dodik və onun ailə üzvləri – oğlu İqor və qızı Qoritsaya qarşı sanksiyaları ləğv etdiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ 2017 və 2022-ci illərdə Bosniya serblərinin liderinə qarşı sanksiyalar elan etmişdi.