11 İyl 2025
ABŞ avqustun 1-dən Şri-Lankadan malların idxalına bütün kateqoriyalar üzrə 30% məbləğində əlavə rüsumlar tətbiq edəcək.
APA xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp məlumat verib.
"2025-ci il avqustun 1-dən etibarən biz Şri-Lankadan ABŞ-a göndərilən bütün mallar üçün cəmi 30% rüsum alacağıq", – Trampın “Truth” hesabında yazıb.