• 14 °C
|

ABŞ ucuz zərbə dronlarından istifadəyə başlayıb

4 Dekabr 2025
img

Pentaqon İranın Shahed-136 modelindən ilhamlanaraq hazırlanmış ucuz zərbə dronlarının yerləşdirilməsinə start verib.

APA xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “Task Force Scorpion Strike” adlı yeni operativ qrup yaradıb.

Qrupun tərkibindəki kiçik pilotsuz uçuş aparatları İranın Shahed-136 dronunun “reverse engineering” üsulu ilə, yəni texnologiyanın açılıb yenidən qurulması yolu ilə hazırlanıb.

İran istehsalı Shahed-136-nın dəyəri təxminən 35 min dollar təşkil edir.

Müqayisə üçün, ABŞ istehsalı MQ-9 Reaper dronunun qiyməti 30 milyon dollara qədər yüksəlir