• 37 °C
|

ABŞ Ukraynaya “Patriot” sistemləri üçün sursat göndərəcək

14 İyul 2025
img

ABŞ Ukraynaya əlavə silah-sursat, o cümlədən "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlər göndərəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

"Biz onlara müxtəlif növ müasir hərbi texnika göndərəcəyik və Avropa İttifaqı bunun üçün bizə 100% ödəniş edəcəklər. Bu məsələ NATO-nun Baş katibi Mark Rutte ilə Vaşinqtonda iyulun 14-də keçiriləcək görüşdə müzakirə olunacaq", – deyə Tramp qeyd edib.