18 Fev 2026

ABŞ, Fransa şirkətlərinin iştirakı da daxil olmaqla, uranın zənginləşdirilməsini bərpa etmək niyyətindədir.
APA xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Kristofer Rayt məlumat verib.
"Biz ABŞ-da qismən Amerika şirkətləri ilə, qismən də Fransadakı tərəfdaşlarımızla uranın zənginləşdirilməsini bərpa edəcəyik", – o bildirib.
Qeyd edək ki, zənginləşdirilmiş uran istehsalının bərpası planları 2024-cü ilin fevral ayında sabiq prezident Co Baydenin rəhbərlik etdiyi əvvəlki ABŞ administrasiyası tərəfindən elan edilib.