• 17 °C
|

ABŞ və Çin liderlərin görüşündən əvvəl ticarət çərçivəsi barədə razılıq əldə edilib

26 Oktyabr 2025
img

ABŞ prezidenti Donald Trampın Çin prezidenti Si Cinpinlə yaxın günlərdə keçirilməsi planlaşdırılır. Bu görüşdə ciddi razılaşmaların əldə olunacağı barədə mediada məlumatlar yayılıb. Artıq Çin və ABŞ-ın ali iqtisadi rəsmiləri bazar günü ticarət sazişinin çərçivəsi üzrə razılıq əldə ediblər.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

ABŞ-ın maliyyə naziri Skott Bessent və Ticarət Nümayəndəsi Ceymison Qrir may ayından bəri beşinci dəfə keçirilən üzbəüz danışıqlar çərçivəsində Kuala-Lumpurda Çinin vitse-premyeri Xe Lifenq və baş ticarət danışıqçısı Li Çengqanq ilə görüşüblər.