• 10 °C
|

ABŞ və Ukrayna 800 milyard dollarlıq müqavilə imzalayacaq

10 Yanvar 2026

ABŞ və Ukrayna hökumətləri müharibədən sonrakı yenidənqurma və təhlükəsizlik zəmanətləri ilə bağlı 800 milyard dollarlıq ikitərəfli müqavilə imzalayacaq.

APA xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Volodimir Zelenski ilə görüşərək gələcək müqavilənin bütün detallarını müzakirə edəcək.

Plana əsasən, on il ərzində 800 milyard dollar cəlb etmək nəzərdə tutulur.