• 7 °C
|

ABŞ vitse-prezidentinin Ohaio ştatındakı evinin pəncərələri sındırılıb

5 Yanvar 2026
img

ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Ohaio ştatının Sinsinnati şəhərindəki evində naməlum şəxs tərəfindən bir neçə pəncərə sındırılıb.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, hadisənin baş verdiyi vaxtda Vens və ailəsi evdə olmayıb.

Bildirilir ki, bir şübhəli şəxs saxlanılıb. Polis hesab edir ki, saxlanılan şəxs evə daxil olmayıb.

İstintaq hələ davam edir və hazırda hadisənin motivi və vitse-prezident və ya onun ailəsini hədəf alıb-almadığı müəyyənləşdirilir.