• 9 °C
|

AEBA İranın nüvə obyektlərini yoxlamaq istəyir

20 Dekabr 2025
img

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə obyektlərinin təhlükəli və əlçatmaz olması ilə bağlı Tehranın iddialarını yoxlamaq üçün onlara girmək istəyir.

APA xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi “RİA Novosti”yə müsahibəsində deyib.

O qeyd edib ki, İran “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi” çərçivəsində bu obyektlərə girişi təmin etməyə borcludur.

Qrossi bu məsələ ilə bağlı danışıqlarda müəyyən irəliləyiş əldə etməyə ümid edir. O, bildirib ki, İranın ABŞ-ın iyun ayında vurduğu üç nüvə obyektindən daha çox nüvə obyekti var.