• 10 °C
|

Ağ Ev Avropanı Ukrayna böhranının həlli üçün daha çox iş görməyə çağırıb

24 Aprel 2025
img

“ABŞ prezidenti Donald Trampın mövqeyi ondan ibarətdir ki, Avropa Ukrayna münaqişəsinin həllinə nail olmaq üçün daha çox iş görməlidir.”

APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

“Prezident həmişə təkid edib ki, istər Rusiya və Ukraynada bu müharibəni dayandırmaq üçün səylər baxımından, istər NATO-ya xərcləri, istərsə də özünün müdafiə xərcləri baxımından olsun, Avropa daha çox iş görməlidir”, – Livitt bildirib.