• 6 °C
|

Ağ Ev: Kuşner və Uitkoff Ukrayna üzrə danışıqların gedişi barədə Trampı məlumatlandırır

27 Yanvar 2026
img

ABŞ nümayəndə heyətinin tərkibində olan xüsusi nümayəndə Stiven Uitkoff və sahibkar Jared Kuşner Ukrayna üzrə üçtərəfli danışıqların gedişi barədə ABŞ Prezidenti Donald Trumpı mütəmadi olaraq məlumatlandırır.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Ltvitt brifinqdə bildirib.

Brifinq zamanı Trampın Rusiya Prezidenti Vladimir Putin və ya Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala cavab verən Livitt hazırda belə bir zəng barədə məlumatının olmadığını deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, prezident prosesdə fəal iştirak edir və onun müşavirləri danışıqlar barədə onu daim məlumatlandırır.