01 İyl 2025
ABŞ və Çin arasında TikTok sosial şəbəkəsinin satışı ilə bağlı danışıqlar ən yüksək səviyyədə davam etdirilir.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kərrolayn Livitt jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Mən deyə bilərəm ki, TikTok-un satışı ilə bağlı Çinlə danışıqlar ən yüksək səviyyədə aparılır və bu proses davam edəcək”, – Livitt vurğulayıb.