12 Dek 2025

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəal iş aparır.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt açıqlama verib.
“ABŞ və Tramp administrasiyası Rusiya ilə Ukrayna arasındakı münaqişənin başa çatdırılması üçün çox aktiv şəkildə çalışır”, — deyə Levitt jurnalistlərə bildirib.