• 6 °C
|

Ali Məhkəmə Trampın hərbçiləri Çikaqoya yerləşdirmək istəyinə qarşı çıxıb

24 Dekabr 2025
img

ABŞ-da Ali Məhkəmə, Prezident Donald Trampın rəhbərlik etdiyi Vaşinqton administrasiyasının iğtişaşları yatırmaq üçün Çikaqoya Milli Qvardiya yerləşdirmək istəyinə qarşı çıxıb və buna icazə verməyib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın ən yüksək məhkəməsinin dərc olunmuş qərarında deyilir.

Məhkəmə prosesinin bu ilkin mərhələsində hökumət İllinoys ştatında qanunları tətbiq etmək üçün orduya imkan verəcək səlahiyyət mənbəyini müəyyən edə bilməyib.