27 Noy 2025

Alyaska ştatında 6,0 maqnitudalı zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Ankoric şəhərindən 59 kilometr şimal-qərbdə, 69,4 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.