• 7 °C
|

Arizonanın dağlıq ərazisində helikopter qəzaya uğrayıb

3 Yanvar 2026
img

ABŞ-ın Arizona ştatında, Feniks şəhəri yaxınlığındakı dağlıq ərazidə şəxsi helikopter qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.

Hadisə yanvarın 2-də yerli vaxtla saat 11:00 radələrində baş verib. Helikopterin göyərtəsində dörd nəfərin olduğu bildirilir. Onların vəziyyəti barədə hələlik məlumat yoxdur.

Xilasetmə xidmətləri qəza yerinə çatmağa çalışır. Hadisə ilə bağlı araşdırmanı ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası aparacaq.