• 12 °C
|

Bessent: Rusiyaya qarşı yeni sanksiyalar danışıqların gedişindən asılı olacaq

6 Fevral 2026
img

ABŞ-ın maliyyə naziri Skott Bessent Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinin Ukrayna üzrə aparılacaq danışıqların nəticələrindən asılı olacağını bildirib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bessentin sözlərinə görə, növbəti sanksiya paketi kölgə donanmasına daxil olan tankerlərə qarşı məhdudiyyətləri də əhatə edə bilər.

“Biz sülh danışıqlarının nəyə gətirib çıxaracağına baxacağıq”, – deyə o qeyd edib.