• 24 °C
|

Bloomberg: ABŞ Tramp-Si Cinpin görüşünədək Çinə qarşı yeni rüsumlar tətbiq etməyəcək

18 Sentyabr 2026
img

ABŞ administrasiyası Çin Sədri Si Cinpinin gözlənilən Vaşinqton səfəri və ABŞ Prezidenti Donald Trampla görüşünədək Çinə qarşı yeni gömrük rüsumlarının tətbiqini təxirə salmağı planlaşdırır.

Bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, yeni rüsumların elanının Tramp-Si Cinpin görüşündən sonraya saxlanılması gözlənilir.

“Bloomberg” daha əvvəl ABŞ administrasiyasının apardığı ticarət araşdırmasının nəticələri əsasında Çin məhsullarına əlavə 7,5 faizlik rüsumların tətbiqinin tövsiyə edildiyini bildirmişdi.

Agentliyin məlumatına görə, Vaşinqton rüsumlarla bağlı qərarın elanını daha sonrakı tarixə keçirmək qərarına gəlib. Bu addımın səbəbi açıqlanmayıb. ABŞ-nin sonda Çin məhsullarına hansı həcmdə əlavə rüsum tətbiq edəcəyi də hələlik məlum deyil.

Tramp daha əvvəl Si Cinpinin sentyabrın 24-də Vaşinqtona səfər edəcəyini gözlədiyini açıqlayıb.