03 Dek 2025

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası İsrailin bölgədən çəkilməsini tələb edən və Suriyanın işğalını və Colan Təpələrinin faktiki olaraq ilhaqını qanunsuz hesab edən qətnaməni təsdiqləyib.
APA xəbər verir ki, Misir tərəfindən təqdim edilən qətnamə layihəsi Baş Assambleyada səsə qoyulub.
123 üzv dövlət "Suriyanın Colanı" adlı qətnamənin lehinə, İsrail və ABŞ başda olmaqla yeddi dövlət isə əleyhinə səs verib.
Qırx bir ölkə səsvermədə bitərəf qalıb.