• 11 °C
|

BMT: Hörmüz boğazından gəmi keçidləri 95% azalıb

31 Mart 2026
img

ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayandan bu yana Hörmüz boğazından gəmilərin gündəlik hərəkəti 95%-dən çox azalıb.

APA xəbər verir ki, bu məlumatlar Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında öz əksini tapır.

"Hörmüz boğazından gəmi daşımaları iflic olub: tranzit keçidlər 95%-dən çox azalıb ki, bu da enerji və gübrə təchizatında fasilələrə səbəb olub", – hesabatda deyilir.

Məlumata görə, martın əvvəlində boğazdan gündəlik tranzit olaraq 10-dan çox gəmi keçməyib.