• 14 °C
|

Braziliya Ali Məhkəməsi sabiq prezident Jair Bolsonarunu 27 il həbs cəzasına məhkum edib — Bloomberg

26 Noyabr 2025
img

Braziliyanın Ali Məhkəməsi ölkənin keçmiş prezidenti Jair Bolsonarunu hakimiyyətdən getməkdən imtina cəhdinə və hökumət çevrilişinə yönəlmiş sui-qəsddə iştirakda təqsirli bilərək 27 il həbs cəzasına məhkum edib.

APA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Prokurorluğun versiyasına görə, sui-qəsd planına hazırkı prezident Luis İnasiu Lula da Silvaya, onun müavininə və indi hökm çıxaran Ali Məhkəmə hakimlərindən birinə qarşı qəsd cəhdləri də daxil olub.

Bolsonarunun vəkillərinin ev dustaqlığı barədə müraciəti rədd edilib.

İş 2023-cü il yanvarın 8-də Bolsonaru tərəfdarlarının dövlət qurumlarını basqına məruz qoyması ilə bağlı istintaq çərçivəsində aparılıb.