30 Okt 2025

Cənubi Koreya ABŞ-dan çoxlu miqdarda qaz və neft alacaq.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth” hesabında bildirib.
"Onlar neftimizi və qazımızı çoxlu miqdarda almağa razılaşıblar", – Tramp yazıb.
Qeyd edək ki, 29-30 oktyabr tarixlərində Cənubi Koreyaya səfər edən Trampla Cənubi Koreya Prezidenti Li Ce Myonq arasında danışıqlar çərşənbə günü Gyeongju şəhərində baş tutub.