• 12 °C
|

Dövlət Departamenti ABŞ-ın Afrikadakı diplomatik missiyasını azaldılması ilə bağlı xəbərləri təkzib edib

20 Aprel 2025
img

“The New York Times” (NYT) qəzetinin ABŞ-ın Afrikadakı diplomatik nümayəndəliklərinin fəaliyyətini dayandırmağa hazırlaşması ilə bağlı dərc etdiyi məlumatlar qeyri-dəqiq informasiyaya əsaslanır.

APA xəbər verir ki, bu barədə “Newsweek” jurnalına Dövlət Departamenti məlumat verib.

“The New York Times” qəzetinin məlumatları saxta sənədə əsaslanır", – Dözlət Departamentindən jurnala daxil olan məktubda deyilir.

ABŞ dövlət katibi Marko Rubio da “X” hesabında qəzetin daha ​​bir yalanın qurbanı olduğunu yazıb.