• 23 °C
|

Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib

5 Sentyabr 2026
img

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 5,75 milyard dollar dəyərində tank mühərriklərinin, aviasiya bombalarının, dəqiq idarə olunan raket sistemlərinin və digər sistemlərin mümkün satışını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə cümə günü ABŞ Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatda bildirilib.

Sənədə əsasən, Səudiyyə Ərəbistanı ABŞ-dan 5000 BLU-111 bombası, 5000 BLU-117 bombası, təxminən 10000 Birgə Birbaşa Hücum Raketi (JDAM) dəqiq idarə olunan raket sistemi və digər materialların alınması üçün təsdiq istəyib.

ər-Riyad həmçinin 750 milyon dollar dəyərində 60 AGT-1500 tank mühərriki istəyib. Dövlət Departamenti potensial satışı təsdiqləməyə qərar verib.

ABŞ administrasiyası artıq bu qərar barədə Konqresə məlumat verib. Qanunverici orqanın potensial müqaviləni nəzərdən keçirmək, onu təsdiqləmək və ya bloklamaq üçün 30 günü var.