• 10 °C
|

Fox News: ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur

12 Fevral 2025
img

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynadakı münaqişənin həlli variantlarını araşdırır, lakin hələlik dəqiq plan yoxdur.

APA xəbər verir ki, bu barədə Avropa rəsmisinə istinadən “Fox News” məlumat yayıb.

“Bütün variantlar nəzərdən keçirilir. Hələ də sanksiyaların sərtləşdirilməsi üçün çoxlu imkanlar var”, – mənbə nəşrə bildirib.

O, həmçinin qeyd edib ki, Tramp, səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatan Ukrayna lideri Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar çətin keçəcək.

Telekanalın mənbəsinin sözlərinə görə, Vaşinqtonun konkret fəaliyyət planı yoxdur. ABŞ hakimiyyəti müttəfiqlərinin təkliflərini öyrənir və onların narahatlıqlarını dinləyir.