28 Avq 2025
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində baş verən və iki uşağın ölümü ilə nəticələnən atışma terror aktıdır və artıq araşdırılır.
APA xəbər verir ki, bu barədə avqustun 27-də FTB-nin rəhbəri Keş Patel məlumat verib.
"FTB bu atışmanı daxili terror aktı və katoliklərə qarşı yönəlmiş nifrət cinayəti kimi araşdırır", – o, bildirib.
Patelin sözlərinə görə, hadisə zamanı 14 azyaşlı və üç böyük şəxs də yaralanıb.