• 28 °C
|

Hakan Fidan və BMT-nin baş katibi ilə görüşüb

8 İyul 2025

Türkiyənin xarici işlər naziri Hakan Fidan və BMT-nin baş katibi Antonio Quterreş Braziliyada keçirilən BRİCS sammiti çərçivəsində görüşüblər.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə tərəflər Ukrayna münaqişəsinin həlli, Qəzza zolağı və Yaxın Şərqdəki vəziyyəti və Kipr problemini müzakirə ediblər.