ABŞ-ın sabiq vitse-prezidenti və prezidentliyə namizədi Kamala Harris gələn il Kaliforniya qubernatorluğuna namizəd olmamaq qərarına gəlib.
APA xəbər verir ki, bununla bağlı o öz “Facebook” hesabında məlumat verib.
"Mən bu ştatı, onun xalqını və perspektivlərini sevirəm. O, mənim evimdir. Amma dərindən düşünərək qərara gəldim ki, bu seçkidə qubernatorluğa namizəd olmayacağam", – Harris bildirib.
Harris həmçinin vurğulayıb ki, o, siyasətə yeni yanaşmalara ehtiyac olduğuna dərindən inanır. Çünki mövcud sistem amerikalıları çox tez-tez uğursuzluğa düçar edib.