• 4 °C
|

Hollivud ulduzu Tommi Li Consun qızı oteldə ölü tapılıb

2 Yanvar 2026
img

Məşhur amerikalı aktyor Tommi Li Consun 34 yaşlı qızı Viktoriya Kaliforniyadakı bir oteldə ölü tapılıb.

APA xəbər verir ki, bu barədə TMZ portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

"Tommi Li Consun qızı Viktoriya Kaliforniyadakı bir oteldə ölü tapılıb. Cümə axşamı səhər tezdən. Viktoriyanın 34 yaşı var idi", – məlumatda deyilir.

Hadisə yerinə polis və tibbi ekspert gəlib. Ölümün səbəbi hələ də məlum deyil.