• 10 °C
|

İran tərəfi Məhəmməd Bagerinin həlak olması ilə bağlı məlumatları təkzib edib – YENİLƏNİB

13 İyun 2025
img

İran tərəfi İsrailin endirdiyi hava zərbələri nəticəsində Baş Qərargah rəisi Məhəmməd Bagerinin həlak olması ilə bağlı məlumatları təkzib edib.

APA xəbər verir ki, bu barədə “IRNA” məlumat yayıb.

***
05:53

İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagerinin həlak olduğu ehtimal edilir.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəyə istinadən məlumat yayıb.

İran tərəfi Bagerinin taleyi ilə bağlı hələlik açıqlama verməyib.