06 Mar 2026

ABŞ İrana qarşı hərbi əməliyyatların ilk 100 saatında 3,7 milyard dollar itirib.
APA xəbər verir ki, bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatında deyilir.
Bildirilir ki, əməliyyatların yeni başladığı günlərdə ABŞ-ın gündəlik maddi itkisi 891,4 milyon dollar həcmində hesablanıb.
Hesabatda ABŞ-ın əməliyyatları davam etdirmək üçün daha çox vəsaitə ehtiyac duyacağı qeyd olunub.