09 Apr 2026

İsrail və Livan arasında birbaşa danışıqlar gələn həftə Vaşinqtonda ABŞ Dövlət Departamentində başlayacaq.
Bu barədə “Axios” portalının əməkdaşı Barak Ravid öz “X” hesabında yüksək vəzifəli İsrail rəsmisinə istinadən məlumat verib.
Ravid danışıqlarda iştirak edəcək nümayəndə heyətlərinin rəhbərlərinin adlarını da çəkib.
Bildirib ki, danışıqlarda ABŞ-ı ölkənin Livandakı səfiri Mişel İssa, İsraili Vaşinqtondakı diplomatik missiyanın rəhbəri Yehiel Leiter, Livanı isə Vaşinqtondakı səfiri Nada Hamadeh-Moavad təmsil edəcək.