
İsrail ABŞ-ın Qəzza zolağı üçün hazırladığı sülh planını dəstəkləyir və onun uğurla həyata keçirilməsini təmin etmək üçün çalışacaq.
APA xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar “Sülh Şurası”nın ilk iclasında çıxışı zamanı deyib.
"Bu, problemi kökündən həll etməyi hədəfləyən ilk plandır. Biz onu dəstəkləyirik, onun üçün çalışırıq və uğuru üçün çalışmağa davam edəcəyik", – o bildirib.
Saarın sözlərinə görə, Qəzzadakı vəziyyəti həll etmək üçün əvvəlki bütün cəhdlər uğursuz olub. Çünki onlar köklü problemləri; terror, nifrət, təhrik və təlqini həll edə bilməyiblər.