• 10 °C
|

Kanadada avtomobil kütlənin üzərinə sürülüb, 9 nəfər ölüb – YENİLƏNİB-1

27 Aprel 2025
img

Kanadanın Vankuver şəhərində festival zamanı avtomobilin kütlənin üzərinə sürülməsi nəticəsində ölənlərin sayı artıb.

APA-nın xəbərinə görə, bu barədə Vankuver polisi məlumat yayıb.

Beləliklə, zamanı avtomobilin kütlənin üzərinə sürülməsi nəticəsində 1-i uşaq olmaqla, 9 nəfər ölüb, 6 yaralı var.

***

saat 12.07

Vankuverdə festival zamanı avtomobilin kütlənin üzərinə sürülməsi nəticəsində 1-i uşaq olmaqla, 8 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Global News” məlumat yayıb.

Hadisə nəticəsində 6 nəfər yaralanıb.

***

saat 09.31

Kanadada avtomobil kütlənin üzərinə sürülüb.

APA-nın xəbərinə görə, hadisə Vankuverdə qeydə alınıb.

Vankuver polisi festival keçirilən küçədə avtomobilin kütləyə çırpılması nəticəsində ölənlərin və yaralananların olduğu barədə məlumat yayıb.

Avtomobilin sürücüsü saxlanılıb.