• 11 °C
|

Kanadada meşə yanğınlarına görə 25 mindən çox insan təxliyə edilib

3 İyun 2025
img

Kanadanın Alberta, Manitoba və Saskaçevan əyalətlərində davam edən meşə yanğınları səbəbilə 25 mindən çox sakin evlərini tərk etməyə məcbur olub.

APA xəbər verir ki, u barədə “CTV” telekanalı məlumat yayıb.

Həmin bölgələrdə 100-dən artıq meşə yanğını qeydə alınıb. İsti və quraq hava şəraiti səbəbindən yanğınların qarşısını almaq hələlik mümkün deyil.

Yerli yanğınsöndürənlərə dəstək məqsədilə Kanadanın digər bölgələrindən xilasedicilər cəlb olunub.