
ABŞ Karib dənizi üzərindən uçuşlara qoyulan məhdudiyyəti aradan qaldırıb.
APA xəbər verir ki, bu barədə ABŞ nəqliyyat naziri Sean Duffi X-da paylaşım edib.
Qeyd edilib ki, ABŞ aviaşirkətləri üçün Venesuelada aparılan əməliyyatlarla əlaqədar Karib dənizi üzərində hava məkanına qoyulan məhdudiyyətlər ləğv edilib.
***
saat 04.25
ABŞ Venesuelada davam edən hərbi əməliyyat səbəbilə Venesuela və Karib dənizi üzərindən uçuşları məhdudlaşdırıb.
APA xəbər verir ki, bu barədə ABŞ nəqliyyat naziri Şon Deffi məlumat verib.
"Bu səhər tezdən Müdafiə Nazirliyinin dəstəyi ilə Federal Aviasiya Administrasiyası (FAA) Karib dənizində və Venesuela üzərində hava məkanını məhdudlaşdırıb", – Deffi bildirib.