
ABŞ hesab edir ki, Rusiya ilə Ukrayna arasında mümkün nizamlanma ilə bağlı mübahisəli məsələlərin təxminən 90 faizi üzrə razılaşma əldə edilib.
APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, 14–15 dekabr tarixlərində Berlində ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən görüşlər Ağ Ev tərəfindən “həqiqətən müsbət” qiymətləndirilib.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp mövcud vəziyyətdən razıdır.
Eyni zamanda ABŞ administrasiyasında hesab edirlər ki, ərazi məsələləri ilə bağlı yekun qərarı məhz Kiyev verməlidir.