• 18 °C
|

KİV: İsrail Qəzzaya zərbələr endirməzdən əvvəl ABŞ-ı xəbərdar edib

29 Oktyabr 2025
img

İsrail hakimiyyəti Qəzzaya endirdiyi zərbələrdən əvvəl ABŞ-ı rəsmi şəkildə məlumatlandırıb.

APA xəbər verir ki, bu barədə Associated Press agentliyi amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ-ın vitse-prezidenti Cey Di Vens jurnalistlərə açıqlamasında atəşkəs rejiminin qorunacağına əmin olduğunu bildirib:

“Bu, o demək deyil ki, vaxtaşırı kiçik toqquşmalar olmayacaq,” – deyə Vens qeyd edib.