• 23 °C
|

KİV: Pentaqon HHM raketlərinin Kiyevə tədarükünü dayandırıb

2 İyul 2025
img

ABŞ Müdafiə Nazirliyi anbar çatışmazlığı səbəbilə Ukraynaya hava hücumundan müdafiə üçün raketlər və dəqiq idarə olunan hərbi sursatların tədarükünü dayandırıb.

APA xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, tədarükün dayandırılması qərarının təşəbbüskarı ABŞ müdafiə nazirinin siyasət üzrə müavini Elbric Kolbi olub.