14 Noy 2025

ABŞ Prezidenti Donald Trampın 2026-cı ildə İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) iştirak etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Trampın Davosa səfəri ABŞ-la İsveçrə arasında ticarət sazişi üzrə danışıqlar fonunda iki ölkə münasibətlərinin yaxşılaşdığını göstərir.
Gözlənilir ki, ABŞ lideri foruma geniş tərkibli nümayəndə heyəti ilə qatılacaq.
Xatırladaq ki, Tramp 2025-ci ildə Davos forumunda videobağlantı vasitəsilə iştirak etmişdi.