• 20 °C
|

KİV: Tramp Keti Zaxarianı təyinatından cəmi beş gün sonra işdən çıxarıb

17 Oktyabr 2026
img

Ağ Evin mətbuat katibi Keti Zaxaria vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə adı açıqlanmayan Ağ Ev rəsmisinə istinadən “Reuters” məlumat yayıb.

Məlumata görə, bu, ABŞ Prezidenti Donald Trampın ictimai tənqidlərdən sonra ona vəzifədə qalmaq qərarını yenidən nəzərdən keçirməyi tövsiyə etməsindən sonra baş verib.

“Ona dedim ki, düşünürəm, xoşbəxt olmaq sənin üçün daha yaxşıdır və onun bu işdə nə vaxtsa xoşbəxt ola biləcəyinə əmin deyiləm. Bu işdə heç nə asan deyil. Ona səmimi şəkildə dedim: “Mən sənin yerində olsaydım, qərarımı yenidən nəzərdən keçirərdim. Bu barədə düşünərdim. Amma məncə, yenidən düşünməlisən”, – Tramp jurnalistlərlə söhbəti zamanı Zaxaria haqda deyib.

Qeyd edək ki, Zaxaria bazar ertəsi vəzifəsinin icrasına başlayıb, çərşənbə axşamı isə Ağ Evdə ilk mətbuat brifinqini keçirib.

O, ötən həftənin çərşənbə günü mətbuat katibi vəzifəsi ilə bağlı zəng aldığını, cümə günü isə Kerolayn Livittin yerinə təyin olunmaq təklifini qəbul etdiyini bildirmişdi. Daha sonra Tramp onun təyinatını rəsmən elan etmiş və açıqlamasında Zaxarianı hüquqşünas kimi təqdim etmişdi.

Son bir həftə ərzində Kaliforniyadakı Pepperdayn Universitetinin hüquq fakültəsini bitirmiş Zaxarianın vəkillik imtahanından keçib-keçmədiyi, başqa sözlə, hüquqşünas statusuna malik olub-olmadığı ətrafında müzakirələr yaranıb.