• 5 °C
|

Konqresdə NATO-nun birliyini qorumaq üçün qanun layihəsi hazırlanıb

14 Yanvar 2026
img

ABŞ Senatında NATO-nun birliyini qorumaq üçün qanun layihəsi hazırlanıb.

APA xəbər verir ki, bu sənəd Dövlət Departamentinə və Pentaqona ayrılan büdcə vəsaitlərinin NATO-ya üzv ölkələrin suveren ərazisinin blokadasını, işğalını və ya ilhaqını, eləcə də bu cür əməliyyatların inkişafını dəstəkləmək üçün istifadəsini qadağan edir.

Qanun layihəsinin müəllifləri Ceyn Şahin və Liza Murkovski olublar. Şahinin mətbuat xidməti qeyd edib ki, onlar bu təşəbbüsü ABŞ prezidenti Donald Trampın adanın ABŞ-a zorla ilhaq edilməsi ehtimalı ilə bağlı açıqlamaları fonunda Qrenlandiya ətrafındakı vəziyyətlə bağlı artan narahatlıqlara cavab olaraq təklif ediblər.