• 20 °C
|

Konqresmenlər Rusiya ilə ABŞ arasında dizelin tədarükünün əleyhinə qanun layihəsi təqdim ediblər

17 Oktyabr 2026
img

ABŞ Konqresinin Nümayəndələr Palatasının bir qrup üzvü Rusiyadan ABŞ-a dizel yanacağının tədarükü ilə bağlı razılaşmaların həyata keçirilməsinə mane olmağı nəzərdə tutan qanun layihəsi təqdim edib.

APA xəbər verir ki, sənəd oktyabrın 16-da Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində demokratların aparıcı nümayəndəsi Qreqori Miks tərəfindən dərc olunub.

Qanun layihəsi ABŞ Maliyyə Nazirliyinin oktyabrın 9-da dərc etdiyi ümumi lisenziyanın ləğvini nəzərdə tutur. Həmin lisenziyaya əsasən, Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü 2027-ci il aprelin 7-dək ABŞ sanksiyalarından azad edilib.

Sənəddə Rusiya enerji resurslarına qarşı məhdudiyyətləri yumşaldan digər lisenziyaların da ləğvi, həmçinin ABŞ Maliyyə Nazirliyinə üç il ərzində yeni lisenziyalar verməyin qadağan edilməsi təklif olunur.

Bundan başqa, ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının Rusiya enerji resursları ilə bağlı hər hansı razılaşmada iştirakına qadağa qoyulması nəzərdə tutulur. Vaşinqton administrasiyasının Rusiyaya qarşı sanksiyaların tətbiqi və sərtləşdirilməsi istiqamətində əlavə tədbirlər görməsi də təklif edilir.

Qanun layihəsini Nümayəndələr Palatasının daha 17 üzvü; 16 demokrat və bir respublikaçı dəstəkləyib.