
Kosta-Rikada ümumi seçkilər üçün səsvermə məntəqələri açılıb.
APA xəbər verir ki, bu barədə AlJazeera məlumat yayıb.
Mərkəz-sağ populist hökumət narkotiklə əlaqəli zorakılığın ölkəni bürüdüyü bir dövrdə öz mandatını uzatmağa və Qanunverici Assambleya üzərində nəzarəti təmin etməyə çalışır.
Seçki məntəqələri bazar günü yerli vaxtla saat 06:00-da fəaliyyətə başlayıb və saat 18:00-dək açıq qalacaq. İlk nəticə bir neçə saat ərzində bəlli olacağı gözlənilir.
Sorğulara görə, prezident Rodrigo Chavesin himayədarı və sabiq aparat rəhbəri olan Laura Fernandes 40 faizdən çox səs toplayaraq liderlik edir. Bu nəticə ona birbaşa qələbə qazandırmaq və aprelin 5-nə planlaşdırılan ikinci turdan yayınmaq imkanı verə bilər. O, Çavesin sərt təhlükəsizlik siyasətini və anti-elita mesajlarını davam etdirəcəyini vəd edib.
20 namizəddən ibarət yarışda onun əsas rəqibləri Kosta-Rikanın ən qədim siyasi partiyasını təmsil edən mərkəzçi iqtisadçı Alvaro Ramos və mütərəqqi koalisiyanı təmsil edən memar Klaudiya Doblesdir. Dobles həm də 2018–2022-ci illərdə ölkəyə rəhbərlik etmiş sabiq prezident Karlos Alvaradonun həyat yoldaşıdır.
Hər iki namizəd hazırda tək rəqəmli göstəricilərlə geri qalsa da, Laura Fernandes 40 faizlik həddi keçə bilməzsə, mümkün ikinci turda əsas rəqiblər kimi qiymətləndirilirlər.