07 Apr 2026

Kuba prezidenti Miqel Dias-Kanel Vaşinqtonla dialoqa hazır olduqlarını bildirib.
Bu barədə o, "X" hesabında yazıb.
Dias-Kanel ABŞ-ın tətbiq etdiyi blokadanın ölkəyə ciddi ziyan vurduğunu qeyd edib və xüsusilə enerji embarqosunun təsirlərini vurğulayıb.
O əlavə edib ki, Kuba hökuməti ABŞ-la ciddi və məsuliyyətli ikitərəfli dialoqa və mövcud fikir ayrılıqlarının həllinə hazırdır.