• 12 °C
|

Kuşner yeni danışıqların qrafikinin yaxın vaxtlarda açıqlanacağını bildirib

13 Noyabr 2026
img

ABŞ Prezidentinin kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanması üzrə yeni danışıqların qrafikinin və prosesin digər təfərrüatlarının yaxın vaxtlarda açıqlanacağını bildirib.

APA xəbər verir ki, Kuşner bu barədə öz “X” hesabında məlumat verib.

“Yaxın vaxtlarda danışıqların istiqamətlərini, qrafikini və əlavə təfərrüatları açıqlamağı planlaşdırırıq”, – o yazıb.