
ABŞ-da həbsdə saxlanılan Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı yeni ittihamlar irəli sürülüb.
APA xəbər verir ki, ABŞ prokurorları onları işgəncə cinayətlərinin törədilməsi məqsədilə sui-qəsddə iştirak etməkdə ittiham edirlər.
İttiham aktında Venesuela hökumətinin nəzarətində saxlanılan ABŞ vətəndaşlarına işgəncə verildiyi, bu əməllər arasında elektrik cərəyanı ilə işgəncə və cinsi zorakılığın da olduğu iddia edilir.
Yeni ittihamlar Maduroya qarşı əvvəllər irəli sürülmüş narkotik qaçaqmalçılığı və silah cinayətləri ilə bağlı ittihamlara əlavə olunub.
Qeyd edək ki, Maduro və Flores əvvəlki ittihamlar üzrə təqsirlərini qəbul etməyiblər.