• 4 °C
|

Maduro: Venesuela ABŞ-ın neft sektoruna investisiya qoymasına hazırdır

2 Yanvar 2026
img

Venesuela “Chevron” kimi ABŞ-ın neft sektoruna investisiya qoymasına hazırdır.

APA xəbər verir ki, bu barədə Prezident Nikolas Maduro məlumat verib.

"Əgər onların Venesuela neftinə ehtiyacı varsa, Venesuela “Chevron” kimi ABŞ-ın investisiya qoymasına hazırdır, istənilən vaxt, istənilən yerdə və istənilən şəkildə. ABŞ bilməlidir ki, əgər onlar hərtərəfli iqtisadi inkişaf müqavilələri istəyirlərsə, onları da bağlaya bilərlər", – Maduro deyib.

Qeyd edək ki, “Chevron” şirkətinin Venesueladan neft hasil etmək və ixrac etmək üçün ABŞ lisenziyası var və şirkət Latın Amerikası ölkəsində fəaliyyətini davam etdirir.