• 5 °C
|

Mask “Azadlıq” və “Amerikanın səsi” radiolarını bağlamağa çağırıb

9 Fevral 2025
img

Amerikalı milyarder İlon Mask ABŞ-nin“Azadlıq Radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalıolduğunu deyib.

APA xəbər verir ki, bu haqda “X” hesabında yazan Mask bu radiostansiyalara heç kim qulaq asmadığını və onların fəaliyyətinə ildə təxminən 1 milyard dollar xərcləndiyini deyib.

"Bəli, onları bağlayın. Boğucu bürokratiya xaric olmaqla Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır", – deyə o bildirib.

Onun fikrincə, bu radiostansiyaları öz-özünə danışan, dəli radikal solçular idarə edir. Eyni zamanda, hər iki radiostansiyaya ABŞ vergi ödəyiciləri tərəfindən toplanan təxminən 1 milyard dollar xərclənir.

Qeyd edək ki, “Azadlıq radiosu” və “Amerikanın səsi” bir sıra digər media orqanları kimi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur.