18 Mar 2026

Meksikadakı "Olmeca" neft emalı zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Meksikanın dövlətə məxsus neft və qaz şirkəti Petróleos Mexicanos (Pemex) məlumat verib.
Ölənlər arasında şirkət işçilərindən biri də var, yaralılara isə lazımi tibbi yardım göstərilir.
irkət qeyd edib ki, hazırda vəziyyət nəzarət altındadır, əhali və ya işçilər üçün heç bir təhlükə yoxdur.